Maraqlı

"Qızın olacaq" xəbərini eşidən atadan qeyri-adi reaksiya - VİDEO

29 Aprel 2022 20:00
3 Şərh     Baxış: 2 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cinsi ayrıseçkiliyi çox vaxt Şərq ölkələrinə aid edirlər. Bu fikirləri Azərbaycana da aid edirlər. Hətta ölkəmizdə oğlan uşaqlarının doğulması qızlara nisbətən daha çox sevinclə qarşılanır. Növbəti övladının qız olduğu xəbərini eşidən bəzi ailələr dölü abort da etdirir.

Doğulmamış qızlara qarşı qərəzli münasibət təkcə Şərq ölkələrində belə deyilmiş...

Təqdim edəcəyimiz videodan da bəlli olur ki, bu, daha demokratik və daha sivilizasiyalı hesab edilən Qərb ölkələrində də bəzi atalar qız övladının doğulacağına sevinmir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Avropada yaşayan cütlüyün 3-cü övladının cinsiyyəti bilinəndə ata məyus olub.

İki qız övladı olan cütlüyün üçüncü övladı da qızdır. Ata 3-cü övladının da qız olduğu xəbərini məyusluqla qarşılayıb. 

Xəbəri eşidən ata qucağında olan digər övladını yerə qoyur və çıxıb gedir. 

Həmin videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.