İyunun 26-da Göyçayda "VAZ-2107" markalı avtomobillə motosiklet toqquşub və nəticədə 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.
Milli.Az xəbər verir ki, faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işlədiyi məlum olub.
O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.
Musa
Milli.Az