Maşın alverçilərinə bəd xəbər - Qaydalar dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanvar ayından başlayaraq müşahidə olunacaq. Qiymət artımı həm benzin, həm dizel, həm hibrid, həm də elektrik maşınlarında nəzərə çarpacaq. Azərbaycanda təklif olunan qanun layihələri, eləcə də Çində 14 noyabrda qəbul edilən qərarlar qiymətlərə ciddi şəkildə təsir edəcək.
İlk qərar Azərbaycana gətirilən hibrid və elektrikli maşınlara tətbiq olunan güzəştin il sonu bitməsi ilə bağlıdır. Hansı ki, bu qanun sözügedən mühərrikli maşınların qiymətində kifayət qədər bahalaşacağını deməyə əsas verir.
İkinci qərar ölkəyə idxal edilən maşınlar üçün alınan aksiz vergisinin hesablanma qaydasının dəyişməsidir ki, bu da maşınların qiymət artımı ilə nəticələnək.
Üçüncü qərar isə Azərbaycanla yox, Çin ilə bağlıdır. Belə ki, Pekin hökuməti 14 noyabr tarixində elə bir qərar verib ki, bu nəinki Azərbaycanda, bütün dünyada Çin maşınlarına tələbatı azalda bilər.

Çinin Ticarət Nazirliyi daxil olmaqla bir neçə rəsmi qurum, ölkə daxilində satılan yeni avtomobillərin xaricə ixrac edilməsinin qarşısını almaq üçün 2026-cı ildən yeni qaydalar tətbiq edəcək. Bəyanatda vurğulanır ki, bir çox fırıldaqçı sxemlərdə yeni avtomobillər daxili bazarda ucuz qiymətə alınıb, lakin cəmi bir neçə kilometr sürüldükdən sonra sənədlərdə "sıfır yürüşlü ikinci əl" kimi qeyd olunaraq xaricə yüksək qiymətə satılırdı.
2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək qərarla qeydiyyatından 180 gündən az vaxt keçən istifadə olunmuş avtomobilləri ixrac etmək istəyən şəxslər mütləq avtomobil istehsalçısının rəsmi razılığını almalıdır.
Bu o deməkdir ki, böyük şirkətlərin icazəsi olmadan yeni maşınları Çindən çıxarmaq demək olar ki, qeyri-mümkün olacaq. Bununla da maşınların gətirilməsini əsasən rəsmi servislər həyata keçirəcək, paralel idxal yolları bağlanacaq.
Son illər Azərbaycanda yollara çıxan yeni avtomobillərin arasında Çin modellərinin sayı xeyli artıb. Lakin bu maşınların əksəriyyəti rəsmi dilerlər tərəfindən deyil, adi alverçilər və ya kiçik şirkətlər tərəfindən, yəni qeyri-rəsmi (paralel) yolla ölkəyə gətirilirdi.

Bu o deməkdir ki, qeyri-rəsmi idxalçıların yeni və ucuz maşınları alıb dərhal Azərbaycana gətirmək imkanı bitir. İstehsalçı zavod heç vaxt paralel idxalçıya icazə verməyəcək, çünki onun özünün rəsmi distribyutorları var. Alverçilər ya çox köhnə (altı aydan çox sürülmüş) maşın gətirməli olacaqlar, ya da yeni maşınları gətirmək üçün icazə almalı olacaqlar ki, bu da xərcləri çox artıracaq.
Bazara yeni Çin avtomobillərinin axını kəsiləcək. Təklif azalacaq. Təklifin azalması isə, iqtisadiyyatın qanununa görə, qiymətlərin artmasına səbəb olur. Bu da paralel yolla gələn maşınların satışlardan "yoxa çıxmasına" gətirib çıxaracaq.
Çin hökuməti tələb edir ki, ixrac olunan avtomobilin xaricdə rəsmi servis xidmətləri haqqında sənəd olsun. Hazırda Azərbaycana gələn qeyri-rəsmi Çin maşınlarının ən böyük problemi odur ki, elektronika və ehtiyat hissələri ilə bağlı problem çıxanda onlara hər hansı zəmanət verilmir və sahibləri çətinliklə üzləşir. Yeni qayda rəsmi dilerlərin bazardakı mövqeyini gücləndirəcək. Beləliklə, maşın alanlar artıq ya rəsmi zəmanətlə gələn avtomobil alacaqlar, ya da heç almayacaqlar.
Bu qərarların hər üçü hazırda sürdüyü maşınları satmaq istəyənlərin xeyrinədir. Belə ki, maşın elanlarının aylarla saytlarda reaksiyasız qalma dövrü bitir. Artıq, Çin maşınlarının sifarişlə gətirilməsi çox baha başa gələcək deyə çox insan ənənəvi markalara yönələcək. Bu da digər maşınların qiymətinin bahalaşmasına gətirib çıxaracaq.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
XƏBƏR LENTİ
-
Çində güclü zəlzələ oldu
-
Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - (Video)
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Sürücülərin nəzərinə - Şəxsi kabinetə baxıldığı an cərimə bildirişi təqdim olunmuş sayılacaq – təfərrüat
-
Nazim Qasımzadəyə vəzifə verildi
-
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Emin Əmrullayev
-
İcra başçısının yaxın qohumu işdən çıxarıldı - (Foto)
-
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
25 il əvvəl törədilmiş qətlin üstü açıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb
-
"Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir"
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Nəfəsin canlı ifası müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Ərəbistan Müdafiə Nazirliyinin binası vuruldu





