Ölkə

Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT

17 Noyabr 2025 18:46
Baxış: 1 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.