Hadisə

Vasif Talıbovun adının hallandığı şirkət rəhbərinə cinayət işi AÇILDI

11 Mart 2026 13:12
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Taxıl Məhsulları MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.

Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.