Ağzında rekord sayda diş AŞKARLANDI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziyada yaşayan Pratab Muniandi qeyri-adi anatomik xüsusiyyəti ilə diqqət mərkəzinə düşüb. Onun ağzında rekord sayda diş olduğu müəyyən edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabına görə 33 yaşlı mühəndisin ağzında ümumilikdə 42 diş var. Bu isə orta hesabla insanda olan 32 dişdən 10 diş çoxdur və ona kişilər arasında ən çox dişə sahib şəxs kimi dünya rekordu qazandırıb.
Neft və qaz sənayesində çalışan Muniandi uzun müddət bu xüsusiyyətindən xəbərsiz olduğunu deyir. Onun sözlərinə görə, əlavə dişləri ilk dəfə 2021-ci ildə ailəsi ilə çay süfrəsi arxasında olarkən zarafat zamanı diqqət çəkib. Ailə üzvləri birlikdə dişlərini sayanda əvvəlcə 38 diş olduğunu müəyyən ediblər.
Daha sonra aparılan rentgen müayinəsi çənədə hələ çıxmamış daha dörd dişin olduğunu üzə çıxarıb. 2023-cü ilin əvvəlində stomatoloji yoxlamadan sonra onun ümumi diş sayının rəsmi olaraq 42 olduğu təsdiqlənib. Həkimlərin sözlərinə görə, bu dişlərin əksəriyyəti normal şəkildə inkişaf edir və ciddi problem yaratmır.
Rekord sahibi bildirir ki, əksər insanlar bu xüsusiyyəti o deməyincə fərq etmir. Onun sözlərinə görə, insanlar 32 dişdən xeyli çox dişə sahib olduğunu eşidəndə adətən buna inanmaqda çətinlik çəkirlər.
Muniandi əlavə dişlərin gündəlik həyatında heç bir narahatlıq yaratmadığını deyir. O, ağız sağlamlığına xüsusi diqqət yetirdiyini, gündə iki dəfə dişlərini fırçaladığını və müntəzəm olaraq diş ipindən istifadə etdiyini də qeyd edib.
O, rekordunu xüsusi və maraqlı təcrübə kimi qiymətləndirərək, diş sağlamlığının qorunmasında ona dəstək göstərən stomatoloqlara təşəkkürünü bildirib.
Qeyd edək ki, qadınlar arasında ən çox diş rekordunun sahibi Hindistan vətəndaşı Kalpani Balandır. Onun ağzında 38 diş olduğu qeydə alınıb.
Musa
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
XƏBƏR LENTİ
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib





