Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2030-cu ilə qədər Almaniyada 50 000 iş yerini ixtisar edəcək.
Milli.Az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında məlumat verilib.
Şirkətin 2025-ci maliyyə ili məlumatlarına görə, "Volkswagen" Almaniya zavodlarında işçi heyətini və istehsal gücünü məhdudlaşdırmaqla xərclərini 1 milyard avro azaltmağı bacarıb.
Qeyd olunub ki, şirkət rəhbərliyi 2030-cu ilə qədər xərcləri ildə 6 milyard avro azaltmağı hədəfləyir. Xəbərə görə, 2024-cü illə müqayisədə şirkətin 2025-ci ildə mənfəəti 53.5% azalaraq 19 milyard avrodan 9 milyard avroya düşəcək, ümumi satışlar isə 0.2% azalacaq.
2024-cü ilin sonunda uzun danışıqlardan sonra şirkət və həmkarlar ittifaqı 2030-cu ilə qədər Almaniyada 35 000 iş yerinin ixtisarını nəzərdə tutan yenidənqurma proqramı barədə razılığa gəlib. İndi şirkət rəhbərliyi əlavə işçi heyətini ixtisar etmək qərarına gəlib.
Milli.Az





