Hadisə

Bakıda çılpaq qadın küçədə gəzdi - FOTO

11 Mart 2026 11:54
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda əxlaqsız hərəkətlər edən qadın peyda olub.

Gənc qadının küçəyə biabırçı formada çıxması müzakirələrə səbəb olub. 

Milli.Az xəbər verir ki, onun əynində paltar olmasına baxmayaraq sinəsini açaraq gəzməsi etiraz doğurub. O ətrafdakılara fikir vermədən yoluna davam edib. Diqqətçəkən məqam odur ki, ətrafdakılar da ona fikir vermir.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib. Artıq həmin şəxs valideynlərinin də razılığı ilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.