İdman

Sergen Yalçın xəstəxanaya yerləşdirildi

17 Noyabr 2025 17:00
Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş"ın 53 yaşlı baş məşqçisi Sergen Yalçın əməliyyat olunub.

Milli.Az xəbər verir ki, mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stent qoyulub. Əməliyyat heç bir problem olmadan başa çatıb.

Təcrübəli məşqçinin ümumi sağlamlıq durumunun yaxşı olduğu bildirilsə də, Yalçın bu gün xəstəxanada həkimlər qrupunun nəzarəti altında saxlanılacaq.

"Beşiktaş"dan verilən açıqlamada bu ifadələr yer alıb:

Texniki Direktorumuz Sergen Yalçın bu gün səhər uğurlu angioqrafiyadan keçdi. Ümid edirik ki, Sergen Yalçın tezliklə sağalacaq və tezliklə sağalmasını arzulayırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.