Hadisə

Bakıda avtomobildən kişi meyiti tapıldı

17 Noyabr 2025 17:17
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtomobildən kişi meyiti tapılıb.

Milli.Az xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında - "Araz" marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs "Yango" taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb. Mərhumun 2 gün əvvəl - ayın 15-də dünyasını dəyişdiyi ehtimal olunur.

Məlumata görə, avtomobilin sahibi nəqliyyat vasitəsinin itməsi ilə bağlı axtarışa başlayıb və cəsəd də elə bu zaman aşkar edilib. İlkin ehtimallara əsasən, hadisəyə sürücünün avtomobilin isitmə sistemini işə salaraq içəridə yatması səbəb olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.