Son vaxtlar duetləri ilə diqqət çəkən müğənni Gülnar Zeynalova şəxsi həyatı ilə bağlı səs-küylü etiraflar edib.
Milli.Az xəbər verir ki, sənətçi "Bizimləsən" verilişində acınacaqlı həyat hekayəsindən danışaraq tamaşaçıların marağına səbəb olub.
Gülnarın sözlərinə görə, o, cəmi 18 yaşında ailə qurub və qısa müddət sonra boşanıb. İfaçı iki övladının olduğunu bildirib və onların atası ilə aralarında bu gün də dost münasibətinin davam etdiyini vurğulayıb.
Müğənni keçmiş evliliyi barədə belə danışıb:
"'Hə" mərasimimiz oldu. Ardınca müxtəlif söz-söhbətlər yayıldı. Bu evliliyi istəmirdim. Daha sonra məni götürüb qaçdı. İki il birlikdə yaşadıq. Uşağım qarnımda ola-ola ayrıldıq".
Müğənninin açıqlamaları sosial mediada geniş müzakirəyə səbəb olub.
Milli.Az





