Cəmiyyət

"Əməkdar mühəndis"ə yeni vəzifə verildi

17 Noyabr 2025 17:08
Baxış: 554
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib. 

Milli.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb. 
Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və "Azərbaycan Dəmir Yolları"nın Baş Mühəndisi təyin olunub. 

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.