Şou-biznes

"Camaatı özünüzə güldürürsünüz"

17 Noyabr 2025 21:25
Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, müğənni toylarda onlara verilən şabaşı sosial şəbəkədə paylaşan həmkarlarını hədəf alıb.

Sənətçi bu hərəkətinə gülünc olduğunu bildirib:

"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz. Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.