Elektrikli maşınlar niyə anidən alışır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İzmirdə lüks elektrikli avtomobil anidən alışıb. Qapılar enerji itkisi nəticəsində kilidli vəziyyətdə qaldığından sürücü içəridən çıxmaqda çətinlik çəkib. O təcili kilid açma düyməsini tapdıqdan sonra avtomobildən çıxa bilib.
Bir gün sonra Kahramanmaraşda yaşayış binasının avtodayanacağında park edilmiş elektrikli avtomobil yanıb.
Bu hadisələr elektrikli avtomobillərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Elektrikli və Hibrid Nəqliyyat Vasitələri Dərnəyinin rəhbəri Berkan Bayramın sözlərinə görə elektrikli avtomobillər haqqında geniş yayılmış yanlış təsəvvürlər mövcuddur. İstanbul İtfaiyyəsinin son dörd ilin statistikasına əsasən elektrikli avtomobil yanması ilə bağlı cəmi on doqquz hadisədə qeydə alınıb. Eyni dövrdə benzinlə və dizellə işləyən avtomobillərdə baş verən yanğınların sayı 114 olub. Bu məlumat elektrikli nəqliyyatın daha etibarlı olduğunu göstərir. Ekspert bildirir ki elektrikli avtomobillər kilometrlərin sayına əsaslanan müqayisədə ənənəvi avtomobillərdən daha az yanğina məruz qalır.
Elektrikli avtomobillərdə baş verən yanğınların əsas səbəbi termal qaçış adlanan prosesdir. Bu proses batarya hüceyrələrinin içində baş verən və nəzarətdən çıxan kimyəvi reaksiyanın nəticəsində yaranır. Hüceyrə daxilində temperatur sürətlə artır və yanıcı qazların çıxmasına səbəb olur. Bu prosesin başlıca səbəbləri avtomobilin kobud idarə olunması nəticəsində batareya qoruyucu hissəsinin zədələnməsi hesab olunur. Avtomobil sürücüləri çox zaman alt hissədə yaranmış kiçik zədələri hiss etmir. Bu cür zədə növbəti sərt zərbə ilə daha ciddi reaksiyaya gətirib çıxara bilər.
Termal qaçışın ( bataryanın içində temperatur nəzarətdən çıxır və özü özünü qızdıran bir reaksiyaya çevrili ) digər səbəbləri də mövcuddur. Bataryanın xarici istilik mənbəyinə məruz qalması. Uzun müddət ardıcıl şarj və boşalma prosesləri. Zavodda yaranan istehsal qüsurları. Bunların hamısı hüceyrə içində temperaturun artmasına şərait yaradır.
Elektrikli avtomobillərdə təhlükəsizliyi artırmaq üçün iki əsas sistem işləyir. Birincisi BMS adlanan batarya idarəetmə sistemidir. Bu sistem bataryanın voltajını cərəyan dəyərlərini və temperatur səviyyələrini çox qısa müddət aralığında davamlı izləyir. Anormal temperatur və ya enerji artımı baş verərsə sistem dərhal müdaxilə edir və lazımi qoruyucu mexanizmləri işə salır.
İkinci mühüm sistem TMS adlanan istilik idarəetmə sistemidir. Bu sistem bataryanın optimal temperaturda qalmasını təmin edir. Bataryanın işləməsi üçün ən uyğun temperatur iyirmi ilə qırx dərəcə arasında dəyişir. TMS bu temperaturu qorumaq üçün maye və hava dövriyyəsinə əsaslanan soyutma və isidici mexanizmlərdən istifadə edir.
Bataryalar həmçinin metal qoruyucu gövdə ilə əhatə olunur. Bu gövdə yol qabarıqları və qəzalar zamanı hüceyrələrin zədələnməsinin qarşısını alır.
Yeni nəsil avtomobillərdə qapılar elektron idarəetmə ilə açılıb bağlanır. Qəza zamanı avtomobil enerji itkisinə məruz qaldıqda və ya bataryada gərginlik kəsildikdə elektron kilid sistemi işləməyə bilər və qapılar kilidli kimi görünər. Əslində bu bir texniki nasazlığın nəticəsidir.
Avtomobillərdə hava yastıqları açılarsa mərkəzi sistem avtomatik olaraq bütün qapıların açılma əmri verir. Buna baxmayaraq istehsalçılar əlavə mexaniki təcili açma mexanizmi də quraşdırır. Bu mexanizm elektrikdən asılı olmayan çıxış variantıdır.
Elektrikli avtomobillərdə yanğının söndürülməsi niyə çətindir?
Elektrikli avtomobildə baş verən yanğın zamanı temperatur min dərəcəni keçə bilir. Batarya içindəki reaksiyalar davam etdikcə yanğın söndürüləndən sonra belə hüceyrələr yeni reaksiyanı yenidən başlada bilər. Bu səbəbdən yenidən alışma riski mövcuddur. Yanğınsöndürənlər elektrikli avtomobil yanğınlarını nə qədər söndürməyə çalışsa da onların əsl məqsədi bataryanı soyutmaqdır. Bu məqsədlə daha çox su sərf edilir.
Bəzi ölkələrdə elektrikli avtomobillər yanğından sonra xüsusi konteynerlərdə saxlanılır. Bataryanın temperaturu uzun müddət izlənir.
Elektrikli avtomobil sahibləri ən çox öz istifadə vərdişləri vasitəsilə təhlükəsizliyə təsir edir. Xüsusilə evdə şarj etmək üçün istifadə edilən ucuz və keyfiyyətsiz uzatma kabelləri təhlükə yaradır. Keçən il dörd avtomobil buna görə yanmışdı.
Bataryanın daima yüz faizdə və ya sıfıra yaxın şarj səviyyəsində saxlanılması da zərərlidir. Bu bataryanın ömrünü azaldır və istiliyi artırır.
Sürətlə uzun müddət hərəkət edib dərhal sürətli şarj cihazına qoşmaq da bataryaya əlavə yük gətirə bilər.
Yanğın baş verərsə sürücü nə etməlidir?
Sürücü ilk növbədə avtomobildən tez çıxmalıdır. Ərazidən uzaqlaşmalıdır. Qapılar açılmırsa mexaniki fövqəladə çıxış mexanizmini istifadə etməlidir. Bu mexanizmin harada yerləşdiyini öncədən öyrənmək vacibdir.
Yan pəncərələr daha zəifdir və alətlə qırılması daha asandır. Ön şüşə daha dözümlüdür və qırılması çətindir. Qapılar açılmırsa bagajdan çıxmaq da mümkündür. Yanğın idarə olunduqdan sonra dərhal təcili xidməti məlumatlandırmaq vacibdir.
Ekspertlər bildirir ki elektrikli avtomobillər artıq inkişaf mərhələsində olan məhsul deyil və təhlükəsizlik baxımından yetkin səviyyəyə çatıb. Ötən il dünyada on dörd milyon elektrikli avtomobil satılmışdı. Bu ilin ilk on ayında bu göstərici on yeddi milyonu keçdi. Elektrikli avtomobillərin bazardakı payı sürətlə artır. Araşdırmalar göstərir ki elektrikli avtomobillər benzinli avtomobillərə nisbətən daha az yanır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gizli gətirilən BMW və Audi Rusiyaya sərhəddində belə dəyişdirilir
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Regionlarda elektromobil sürmək niyə hələ də risklidir? - ARAŞDIRMA
-
Ən pis 2 yapon markası AVTOMOBİL
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





