Belə xasiyyətli insanlar getdikcə "dəli olur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Cəmiyyətdə çox vaxt keyfiyyət və təhlükəsizliklə əlaqələndirilən bu xüsusiyyət əslində vaxt itkisinə, emosional gərginliyə və gündəlik səhvlərin şəxsi faciə kimi qəbul edilməsinə gətirib çıxarır".
Milli.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Viktoriya Xaritonova deyib. Onun sözlərinə görə insanların özünə qarşı həddindən artıq tələbkar olması və perfektsionizmə aludəçilik ciddi fəsadlara yol aça bilər.
Mütəxəssis bildirib ki, perfektsionizm sadəcə yüksək standart deyil. Bu, səhvsiz olmağa dair daxili məcburiyyət və ya "ya mükəmməl olmalıdır, ya da heç nə" düşüncəsidir. Xaritonova vurğulayıb ki, araşdırmalar bu xüsusiyyətin insanlarda emosional tükənmə riskini artırdığını təsdiq edir. Səhvin qəbuledilməz hesab edilməsi nəticədə xroniki yorğunluğa, əsəbilik və apatiyaya səbəb olur.
Onun sözlərinə görə, perfektsionizmin klinik nəticələri də tədqiqatlarla sübut olunub. 2024-cü ilin məlumatlarına əsaslanan geniş araşdırma göstərib ki, bu cür davranış narahatlıq, depressiya və obsesiv düşüncələr kimi psixoloji problemlərlə sıx bağlıdır. Xaritonova qeyd edib ki, özünə qarşı həddindən artıq tələbkarlıq sadəcə iş üslubu deyil, emosional pozuntular üçün risk faktorudur.
Mütəxəssis onu da əlavə edib ki, perfektsionizm son illər əhəmiyyətli dərəcədə artıb. İllər üzrə aparılan geniş təhlil həm insanların özlərinə qarşı tələbkarlığının, həm də cəmiyyətin "qüsursuz olmaq" təzyiqinin gücləndiyini göstərib. Bu isə yuxu pozuntularına, həddindən artıq yorğunluğa, ünsiyyətdə çətinliklərə və əsəb pozğunluqlarına səbəb olur.
Xaritonova bildirib ki, bəzən perfektsionizm həyat tərzini fərq edilmədən dəyişir. İnsanlar işə başlamağı "bir az da yaxşılaşdıra bilərəm" düşüncəsi ilə təxirə salır, artıq kifayət qədər yaxşı olan işi yenidən düzəldir, özlərinə istirahət haqqı vermir, səhv ehtimalı olan tapşırıqlardan qaçır və əldə etdikləri uğurları tez bir zamanda dəyərsizləşdirirlər. Psixoloqa görə, bu cür əlamətlərin üç və ya daha çoxunun insanın gündəlik həyatında olması artıq problemin faydadan çox zərər gətirdiyini göstərir.
Ekspert biznes mühitində də perfektsionizmin ciddi nəticələrə səbəb olduğunu deyib. Onun fikrincə, belə insanlar daha çox qüsurlara fokuslanır, komandanın nailiyyətlərini görməzlikdən gəlir və nəticədə hiper nəzarət yaranır. Bu isə qərarların yavaşlamasına, komanda daxilində məsuliyyətdən yayınmaya və təşəbbüskarlığın azalmasına gətirib çıxarır.
Xaritonova vəziyyətin qarşısını almaq üçün bir neçə tövsiyə verib. O, tipik tapşırıqlar üçün konkret tamamlanma kriteriyalarının müəyyən edilməsinin vacibliyini bildirib. Hədəfi bir cümlə ilə müəyyən edib, yalnız ona aparan addımları saxlamağı, digərlərini aradan qaldırmağı məsləhət görüb. Qısa müddətli planlaşdırma isə narahatlığı azaldır və prosesi daha idarəolunan edir.
Psixoloq həmçinin bərpa üçün zaman ayırmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yatmaq, ekrandan fasilə vermək və həftədə heç olmasa bir tam istirahət günü ayırmaq labüddür. Bunsuz qəbul edilən qərarlar tədricən zəifləyir.
Xaritonova səhvi özünə dəyər vermə ilə eyniləşdirməməyin vacibliyini də qeyd edib. Səhvlərin inkişaf üçün meydan olduğunu qəbul etməyin daha sağlam yanaşma olduğunu bildirib. Əgər insan bu barədə özünə kömək edə bilmirsə, mütləq psixoloqa müraciət etməsi tövsiyə olunur.
Mütəxəssis sonda bildirib ki, nəticələrin yaratdığı daimi gərginlik gündəlik həyata mane olmağa başlayırsa və problemi özbaşına həll etmək mümkün olmursa, mütləq mütəxəssis dəstəyi alınmalıdır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək





