"Real Madrid"də "türk ordusu" qurulur: Yeni mövsümdə 3 türk ULDUZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real Madrid" klubunda yay transfer dönəmi öncəsi sensasion plan gündəmə gəlib. İspaniya mətbuatında yayılan iddialara görə, klub prezidenti Florentino Perez komandada "Türk Ordusu" formalaşdırmaq niyyətindədir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata əsasən, Madrid təmsilçisi həm Kenan Yıldız, həm də Hakan Çalhanoğlu transferlərini ciddi şəkildə nəzərdən keçirir.
Xüsusilə gənc ulduz Kenan Yıldızın çıxışı klub rəhbərliyinin diqqətini çəkib. Gənc yaşına baxmayaraq Avropada böyük maraq doğuran futbolçunun texnikası, sürəti və meydandakı cəsarətli oyunu "Real Madrid"in gələcək layihəsi üçün ideal seçim hesab olunur. İddialara görə, bəzi azarkeşlərin Kilian Mbappe ilə bağlı gözləntilərinin tam qarşılanmaması da rəhbərliyi yeni istedad axtarışına yönəldib.
Digər tərəfdən, "kral klubu"nun yarımmüdafiədə uzun illər komandanın liderlərindən biri olan Luka Modriç sonrası boşluğu doldurmaq istədiyi bildirilir. Bu səbəbdən diqqətlər "İnter" formasını geyinən Hakan Çalhanoğluna yönəlib. Təcrübəli futbolçunun oyun quruculuğu, uzaq məsafədən zərbələri və liderlik keyfiyyətləri Madrid təmsilçisinin planlarına uyğun hesab edilir.
Hazırda transferlərlə bağlı rəsmi açıqlama verilməsə də, yayılan xəbərlər futbol dünyasında böyük maraq doğurub. Əgər bu keçidlər baş tutarsa, "Real Madrid" tarixində türkiyəli futbolçuların ən güclü dövrlərindən biri yaşana bilər.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - (Foto)
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Hikmət Hacıyevdən Ermənistana çağırış
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər - (Video)
-
Azərbaycanda şagirdlərin sayı azalıb
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
Bakıda 15 yaşlı oğlan bıçaqlandı
-
Şamaxinkadakı lift nə vaxt işləyəcək?
-
Nərman Qocatürkün meyiti tapıldı
-
Lətafət Ələkbərova: ""Gel"lər məni narahat edirdi, üzgərmə əməliyyatı etdirdim" - (Video)
-
Pensiyaların veriləcəyi tarix açıqlandı
-
Azərbaycanda qadın rektorların idarə etdiyi universitetlər - Adlar
-
ABŞ-də sistemlər çökür: Minlərlə uçuş ləğv edildi, banklar sıradan çıxdı
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Alim Qasımovun ifası GTA 6-da - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm” (Video)
-
Alen Simonyan Azərbaycana gələcək
-
Bakıda iki gün bu yollar bağlanacaq
-
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
-
Nəfəs əcnəbi musiqiçiləri heyran etdi - (Video)





