Şou-biznes

“Avroviziya” şərhçilərimiz onlar olacaq

11 May 2026 19:43
Baxış: 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Avroviziya 2026" yarımfinal və final mərhələlərinin Azərbaycandan olan şərhçiləri bəlli olub.

Milli.Az xəbər verir ki, bu haqda İctimai TV məlumat yayıb.

Bildirilib ki, kanalın aparıcıları Aysel Zahidqızı və Azər Süleymanlı 70-ci "Avroviziya" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarını, həmçinin, böyük finalını ana dilimizdə şərh edəcəklər.

Qeyd edək ki, şou 12, 14 və 16 may tarixlərində yayımlanacaq. Azərbaycan isə 14 may tarixində baş tutacaq 2-ci yarımfinalda 2-ci nömrə altında çıxış edəcək. Ölkəmizi Jiva "Just go" mahnısı ilə təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.