30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir.
Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər.
30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağı intensivlikli kardiovaşqulyar hərəkətlər (piyada gəzinti, yüngül velosiped sürmə, üzgüçülük) edilir.
İdmanın əsas meyarı temp zamanı rahatlıqla danışa biləcək səviyyədə qalmaqdır. Bu, adətən ürək döyüntüsünün maksimum tutumun 60-70%-i arasında olması deməkdir.
Bu rutinin viral olmasının səbəbi onun sadəliyidir. Mürəkkəb pəhriz proqramları və ya ağır məşq planları tələb etmir. 2010-cu illərin yüksək intensivlikli fitnes mədəniyyəti bir çox insanda tükənmə yaratdığı halda, bugünkü wellness anlayışı daha davamlı və ölçülü modellərə üstünlük verir. 30/30/30 rutini həm fitnes həvəskarları, həm də ümumi sağlamlığına diqqət edənlər üçün asan tətbiq edilə bilən bir sistemdir.
Proteinin bu rejimdə mərkəzi rol oynaması təkcə əzələ inkişafı ilə bağlı deyil. Araşdırmalar göstərir ki, proteinli səhər yeməyi toxluq hissini uzadır və gün ərzində qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.
30 qram proteinə necə nail olmaq olar?
Üç yumurta və bir dilim pendir;
Yunan yoqurtu və bir ovuc fındıq;
Kəsmik və ya protein tozu əlavə edilmiş smuzi.
Xüsusilə 40 yaşdan sonra başlayan əzələ itkisini (sarkopeniya) yavaşlatmaq üçün səhər saatlarında protein qəbulu kritik əhəmiyyət daşıyır.
Bu rutində yüksək intensivlikli məşqlərdən şüurlu şəkildə qaçınılır. Məqsəd bədəni həddindən artıq yormadan metabolik çevikliyi dəstəkləməkdir. Bu intensivlikdə bədən enerji istehsalı üçün yağ və karbohidratları birlikdə istifadə etməyi öyrənir. Səhər gəzintilərinin insulin həssaslığı, ürək-damar sağlığı və stressin idarə edilməsi üzərində müsbət təsirləri məlumdur.
Kimlər Diqqətli Olmalıdır?
30/30/30 rutini ümumilikdə aşağı riskli bir model olsa da, hər kəs üçün eyni nəticəni verməyə bilər:
Peşəkar idmançılar: Onlar üçün səhərki aşağı intensivlikli hərəkət yetərsiz ola bilər.
İştahı olmayanlar: Oyanan kimi yemək yeməkdə çətinlik çəkənlər bu müddəti ilk bir saata qədər uzada bilərlər.
Mədə həssaslığı olanlar: İdmanı yeməkdən əvvəl edib, proteini sonra qəbul etmək onlar üçün daha rahat ola bilər.
Bu rutinin əsas gücü sağlam vərdişləri avtomatlaşdırmasındadır. Səhərlər protein qəbulunu və hərəkəti prioritetə çevirmək zamanla daimi davranış qaydasına çevrilir. Əgər qidalanma və idmana haradan başlayacağınızı bilmirsinizsə, 30/30/30 rutini başlamaq üçün anlaşılan və effektiv bir nöqtədir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
XƏBƏR LENTİ
-
Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
-
Münasibətlərdə “2:2:2” qaydası - Bir-birinizə vaxt ayırmağın sadə yolu
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı





