Hadisə

Kürdəmirdə hərəkətdə olan maşın yandı

11 May 2026 19:59
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı-Qazax magistralının Kürdəmir ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil yanıb.

Milli Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Atakişili kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Ford" markalı avtomobil qəfildən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.