Hadisə

Yaşlı qadın həyətində faciəvi şəkildə öldü - FOTO

17 Noyabr 2025 13:17
Baxış: 98
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağstafa sakini bədbəxt hadisə nəticəsində ölüb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yenigün kənd sakini 1951-ci il təvəllüdlü Gülavatın Qəhramanova həyətlərindəki su quyusuna düşüb. 

Hadisədən gec xəbər tutan yaxınları qadını çıxarmağa çalışsa da, 74 yaşlı G.Qəhrəmanova həlak olub. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma başladılıb.

Xatırladaq ki, noyabrın 16-da Bərdədə oxşar hadisə qeydə alınıb. 3 yaşlı Ayaz Cəfərov həyətlərində yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.