Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Hyundai" və "Volkswagen Passat" markalı minik maşınları toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdü E.Məlikli və 2004-cü il təvəllüdü İ.Huseynli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır./Unikal.az
Milli.Az





