Qış yaxınlaşdıqca artan istilik xərcləri bir çox vətəndaş üçün narahatlığa çevrilib. Lakin mütəxəssis deyir ki, düzgün radiator tənzimlənməsi həm evdə istiliyi qoruyur, həm də xərci xeyli azaldır.
Milli.Az xəbər verir ki, ustanın sözlərinə görə, radiator üzərindəki hər bir rəqəm müəyyən otaq temperaturuna uyğun gəlir. Ancaq cihazın göstəricisini 3-dən yuxarı qaldırmaq, evi həddindən artıq qızdırır və nəticədə təbii qaz sərfiyyatını artırır.
O bildirib: "Radiatorun göstəricisini 3-dən yuxarı qaldırmayın. Bu səviyyə otaqları ideal dərəcədə isti saxlayır və xərci artırmır. Yalnız termostatın olduğu əsas otaqda bir qədər yüksəltmək olar."
Hər otaq üçün ideal istilik dərəcəsi
Yataq otaqlarında göstəricini 2 ilə 3 aralığında saxlamaq kifayətdir. Bu, otaqda təxminən 15-20 dərəcə istilik təmin edir.
Qonaq otaqlarında isə 3 ilə 4 səviyyələri həm rahat, həm də qənaətcil nəticə verir.
Əgər uzun müddət evdə olmayacaqsınızsa, radiatoru qar dənəsi işarəsinə gətirin. Bu ayar boruların donmasının qarşısını alır və lazımsız enerji sərfiyyatını dayandırır.
Lalə Qüdrətova
Milli.Az





