Cəmiyyət

Yeni Günəşlidə park sökülür, əvəzinə isə...

17 Noyabr 2025 21:12
Baxış: 489
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Ana-bala" parkı uzun müddətdir baxımsız vəziyyətdə qalıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, 2011-ci ildə ərazidə yenidənqurma işlərinə start verilsə də, artıq 13 il keçməsinə baxmayaraq, rayonun ən böyük parklarından birində demək olar ki, heç bir irəliləyiş olmayıb:

"Vaxtilə yerli əhaliyə burada "Günəşli istirahət mərkəzi"nin salınacağı bildirilib. Layihəyə fəvvarələr meydanı, uşaq bağçası, ahıllar üçün xüsusi istirahət zonası və skeyt meydançası kimi obyektlər daxil idi. Lakin tikinti üçün gətirilən materiallar illərdir ərazidə qalıb və işlər yarımçıq vəziyyətdə dayanıb".

Bu səbəbdən sakinlər Yeni Günəşlidə asudə vaxt keçirmək üçün yeganə parkın bərbad vəziyyətdə olmasından ciddi narahatdırlar.

"1990-cı ildən bəri burada yaşayıram. Parkda bir neçə dəfə təmirə başlayıblar, sonra səbəbsiz dayanıb. Deyirlər ki, guya maliyyə çatmadı, amma işlərin davam etdiriləcəyi barədə söz verirlər. Hazırda isə Günəşlidə dincəlmək üçün doğru-düzgün bir yer yoxdur", - deyə onlar şikayətləniblər.

Bəs park niyə bu günə qalıb? 

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, parkda 2011-ci ildə icra edilmiş və yarımçıq qalmış tikili istismar üçün yararsız və əlverişsiz olduğu üçün sökülür. Ərazidə yeni park salınması nəzərdə tutulub. 

Asya Hüseyn
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.