Dünya

Dünyanın ən təhlükəli qadını İMİŞ

1 Aprel 2026 14:44
Baxış: 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Jong dünyanın "ən təhlükəli" qadınıdır.

Milli.Az xəbər verir ki, bunu Şimali Koreya üzrə ekspert Sunq-yun Li Cənubi Koreyanın "The Korea Herald" qəzetinə verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, hazırda KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsinə rəhbərlik edən Kim Yo Jong faktiki olaraq Şimali Koreya iyerarxiyasında ikinci şəxs və Kim Çen Inın "müavini" dir.

Tədqiqatçı hesab edir ki, "Nüvə silahına malik doqquz dövlətdə nüfuzlu qadınlar arasında heç vaxt bu qədər cilovsuz güc görməmişik. Buna görə də mən onu dünyanın ən təhlükəli qadını adlandırıram".

O əlavə edib ki, Şimali Koreya liderinin bacısı "Şimali Koreya diplomatiyasının arsenalında misli görünməmiş bir silahdır". Diplomatiya vaxtı gələndə Kim Yo Jongun "şən şəxsiyyəti və mehribanlığı" ABŞ prezidenti Donald Trampın "tərksilah edilməsinə" kömək edəcək./Unikal.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.