Şou-biznes

Xalq artistinin qızı yanında bu işdə çalışır

17 Noyabr 2025 15:36
Baxış: 1 180
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Natiq Şirinovun qızı Sevil  atası ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, tərcüməçi kimi çalışır.

Məlum olub ki, qızı 10 ildir atası ilə birgə səfərlərində onun yanında tərcüməçi kimi çalışır.

"Artıq 10 ildir ki, səninlə birlikdə böyük bir mirası daşıyırıq, əziz atam. 10 ildir ki, səhnə arxasından səni izləyirəm, musiqinlə nəfəs alıram, işinə olan sevginə şahidlik edirəm. Bu illər ərzində saysız-hesabsız səhnələrdən keçdik, yorulduq, güldük, bəzən çətinliklər yaşadıq. Bu yolda olmaq, sənin yolunu izləmək isə mənim üçün yük deyil, hər daim şərəf idi. Səhnələr arxasında səni izləyə-izləyə çox şey öyrəndim".

Qeyd edək ki, Natiq Şirinovun 3 övladı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.