Texnologiya

“WhatsApp”da daha bir yenilik

9 May 2024 11:52
Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qeyd olunub ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Məlumata görə, yenilik "WhatsApp" mesencerinin "iOS" əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.