Rusiya

Moskvada azərbaycanlı kafedə yanaraq öldü

17 Noyabr 2025 22:23
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Rusiyanın paytaxtı Moskvada kafelərdən birində yanğın baş verib, hadisə nəticəsində iki nəfər həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölənlərdən biri Azərbaycan vətəndaşı olub.

Onun Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib.

Uzun müddət Rusiyada yaşayan Elbrus Qasımovun hansı şəraitdə yanması ilə bağlı dəqiq məlumat olmasa da, onun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub.

Onun nəşi Azərbaycana yola salınması üçün morqdan çıxarılıb.

Elbrus Qasımovun yoldaşı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.