Gələn il Azərbaycanda notbukların qiyməti kəskin bahalaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın aylarda kompüter və notbukların kəskin bahalaşacağı ilə bağlı iddialar var.
Milli.Az xəbər verir ki, Oxu.Az məsələni araşdırmaq üçün paytaxtda bir-neçə mağazaya baş çəkib. Satıcılar yaxın aylarda qiymətin artacağı ilə bağlı iddiaları təsdiq eləməsələr də, yeni ildə istehsal olunan modellərin ənənəvi olaraq baha olacağını bildirdilər.
Əlövsət adlı mağaza sahibi Oxu.Az-a bildirib ki, smartfonlardan sonra notbuk və kompüterlərin satışı kəskin azalıb: bu azalma tendensiyası ilbəil güclənir. Odur ki, qiymətlərin artacağını gözləmirəm".
Əsasən Çindən kompüter gətirdiklərini deyən mağaza sahibi əlaqədə olan xarici partnyorların da qiymət artımı gözləmədiyini sözlərinə əlavə edib.
Amma nüfuzlu bazar araşdırmaları mərkəzləri kompüterlərin bahalaşacağını proqnozlaşdırır. Onların fikrincə kompüter bazarında qiymətlərin necə dəyişəcəyini anlamaq üçün əsas amillərdən biri süni intellektin (AI) yaddaş alətlərinə yaratdığı təzyiqlərdir. Mütəxəssislər bu təzyiqlərin PC (şəxsi kompüter) və notbukların qiymətinə dolayı yolla təsir etdiyini bildirir.
Kompüter qiymətini artıran əsas səbəb AI serverlərinə görə yaranan yaddaş qıtlığıdır.
Analitiklər DRAM (əməli yaddaş, yəni RAM) və NAND (daimi yaddaş, yəni SSD-nin daxili) bazarlarının 2025-2026-cı illərdə "AI super dövrü"nə daxil olduğunu müşahidə edirlər. Yaddaş istehsalçıları daha çox gəlir gətirdiyi üçün diqqətlərini AI serverlərində istifadə edilən xüsusi, çox sürətli yaddaş növü olan HBM-ə (High Bandwidth Memory) yönəldirlər.
Mütəxəssislər proqnozlaşdırırlar ki, 2026-cı ildə DRAM üçün təchizatda 1.8 faiz, NAND üçün isə 4 faiz çatışmazlıq yaranacaq. PC-lərdə istifadə edilən DRAM yaddaşlarının müqavilə qiymətləri 2025-ci ilin dördüncü rübü üçün 15-20 faizə qədər artım göstərir. NAND qiymətlərində isə 5-10 faiz artım gözlənilir.
Yaddaş komponentlərinin bahalaşması PC istehsalçılarının xərclərini artırır və onlar bu xərci istehlakçıların üzərinə yükləməyə çalışırlar.
PC-lərin orta satış qiymətində 2026-cı ildə 5-10 faiz artım ehtimalı realdır. Lakin yaddaş bazarındakı güclü təzyiqlər nəzərə alınaraq, bu artım 10-15 faizə qədər yüksələ bilər.
Analitik şirkətlər proqnozlaşdırırlar ki, 2026-cı ildə satılan kompüterlərin 50 faizdən çoxu AI PC (daxilində süni intellekt tapşırıqları üçün xüsusi çip olan yeni nəsil kompüterlər) modelləri olacaq. Bu yeni modellərin bazarda üstünlük təşkil etməsi ümumi qiymət səviyyəsini yuxarı çəkəcək.
Bahalaşma fonunda Çin və Hindistan kimi ölkələrin bazara kəskin ucuz alternativlər çıxarmaq imkanları məhduddur. Bu ölkələr hələ də əsas komponentlərə görə qlobal təchizat zəncirindən asılıdırlar. Ucuzlaşma yalnız büdcə və təhsil seqmentində aşağı performanslı modellər təklif etməklə reallaşa bilər, lakin qlobal tendensiyanı dəyişmək gücündə deyil.
Proqnozlara görə, 2026-cı ildə qlobal PC satış həcmi (ədəd sayı) 2025-ci ilin yüksək göstəricisi ilə müqayisədə bir qədər yavaşlayacaq. IDC kimi təhlil şirkətləri 2026-cı ildə qlobal PC satışının 265-270 milyon ədəd civarında olacağını proqnozlaşdırır. Lakin satılan cihazların əksəriyyəti daha bahalı AI PC-lər olacağı üçün bu seqmentin ümumi gəlir həcmi artmaqda davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
XƏBƏR LENTİ
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat





