Ailənin dördüncü üzvü də dünyasını dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyədə oteldə qalan Böcek ailəsi qəfil halsızlıq səbəbilə xəstəxanaya aparılıb. Ana Çiğdem Böcek və iki övladının həyatını itirdiyi hadisədə ağır vəziyyətdə olan ata Servet Böcek də müalicə aldığı reanimasiyada vəfat edib. Beləliklə ailənin dörd üzvü də zəhərlənmə səbəbilə dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, hadisədən bir neçə saat əvvəl otelin birinci mərtəbəsində yerləşən otaqda taxtabiti ilə mübarizə üçün dərmanlama aparılıb.
İstifadə edilən dərmanın tərkibində olan alüminium fosfit adlı maddənin, hamam boşluğundakı havalandırma yolu ilə ailənin otağına keçərək zəhərlənməyə səbəb olduğu ehtimal edilir.
Mütəxəssislər bildirirlər ki, alüminium fosfit çox güclü zəhərdir, xüsusilə taxtabiti və hamamböcəyi dərmanlamalarında istifadə olunur. Səhv və nəzarətsiz istifadə zamanı yüksək miqdarda zəhərlənməyə və ölümə səbəb ola bilir.
Bu maddənin panzehiri yoxdur və yalnız xüsusi təlim keçmiş şəxslər tərəfindən, tam təhlükəsizlik tədbirləri görülərək istifadə edilməlidir.
Araşdırma zamanı dərmanlamanı həyata keçirən firmanın işçisinin alüminium fosfit istifadə etmək üçün heç bir rəsmi sertifikatının olmadığı müəyyən edilib. Bu isə ehtiyatsızlıq nəticəsində baş verən faciənin əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək





