AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.
Milli.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.
Yeni qaydalara əsasən:
- Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
- Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
- Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır - onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;
- Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.
Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
-
ChatGPT özünə ən uyğun 3 peşəni açıqladı
-
Robot "Maykl Cekson" olmaq istədi, yerə SƏRİLDİ - VİDEO
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
XƏBƏR LENTİ
-
Qarajı üçün 9 milyon xərcləyəcək - FOTO
-
Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər
-
Qocaldıqca arıqlamaq niyə çətinləşir? - Mütəxəssislər səbəbləri açıqladı
-
Dəriyə necə qulluq etməliyik?
-
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
-
Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?
-
Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
-
Son halını 80 yaşlı qadına bənzətdilər
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
“Liverpul” yeni baş məşqçisini açıqladı
-
Günün qoroskopu: Olduqca şanslı və bərəkətli bir gündür
-
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Hicran Hüseynova vəfat etdi
-
Bədənə daxil olub orqanizmi içəridən məhv edir
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”
-
“Bitkoin” ucuzlaşdı
-
Dünyanın ən bahalı qapıçısı müəyyənləşdi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır





