İdman

"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir

4 İyun 2026 21:25
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi "Riyeka"dan Martin Zlomisliçi heyətinə cəlb edəcək.

Bu barədə məlumatı "Germanijak" nəşri yayıb. "Qarabağ"ın bosniyalı qolkiper üçün Xorvatiya klubuna 500 min avro (təqribən 987 min manat) ödəyəcəyi bildirilib.

Klubların qapıçının keçidi üçün bir çox məsələlərdə razılaşdığı vurğulanıb.

Qeyd edək ki, Zlomisliç Bosniya və Herseqovina milli komandasının üzvüdür və dünya çempionatı üçün heyətdə yer alıb. O, 2021-ci ildən "Riyeka"da çıxış edir. Qapıçı 2017-2021-ci illərdə isə ölkəsində "Şiroki Brieq"də oynayıb. (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.