DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
Milli.Az xəbər verir ki, sinoptiklərin proqnozlarına görə, Sakit okeanda qeydə alınan "El Nino" hava fenomeni ABŞ və Meksika ərazisində dağıdıcı qasırğa və tufanlara yol açacaq.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər davam edəcək dünya birinciliyi eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq və tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnirin bilet qiymətləri isə 100 dollardan başlayaraq bəzi sektorlar üçün fantastik 6370 dollara qədər dəyişir.
Milli.Az