Müğənnilərin fantastik toy qiymətləri – SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda toylar şou-biznes nümayəndələrinin ən böyük qazanc mənbələrindən biri sayılır. Xüsusilə məşhur müğənnilərin iştirak etdiyi məclislər həm dəbdəbəsi, həm də yüksək qonorarları ilə diqqət çəkir. Son illər sənətçilərin toy qiymətləri ətrafında aparılan müzakirələr xeyli artıb. Bir çox hallarda yarım saatlıq çıxış üçün tələb olunan məbləğ adi vətəndaşların aylıq gəlirini dəfələrlə üstələyir.
Bəs Azərbaycanın tanınmış müğənniləri bir toy məclisində iştirak etmək üçün nə qədər qonorar alırlar? Yarım saatlıq proqramla bütöv toyun qiyməti arasında hansı fərq var? Ən bahalı sənətçilər kimlərdir və onların tələb etdiyi məbləğlər hansı səbəblərdən dəyişir?
Milli.Az "yenisabah.az"a istinadla xəbər verir ki, Azərbaycanın şou-biznes nümayəndələrinin toylara hansı məbləğə getmələri ilə bağlı araşdırma aparıb.
Araşdırmanın nəticələrini təqdim edirik:
1. Xalq artisti Faiq Ağayev toylarda yalnız yarım saatlıq çıxış edir. O, bütöv və 1 saatlıq toy məclislərinə qatılmır. İfaçının toyda yarım saat çıxış etməsinin qiyməti 10 min manatdır.
2. Günay İbrahimli toylarda yarım saat iştirak etmək üçün 6 min manat qonarar tələb edir. Bütöv toyu idarə etmək isə səs sistemi, ansambl, vokalist daxil 15 min manatdır.
3. Murad Arif yarım saatlıq çıxış üçün 4 min manat tələb edir. Bütöv toyun qiyməti isə 14 min manatdır.
4. Xəyyam Nisanov Bakıda olan toy məclislərində yarım saat üçün 5 min manat qonarar tələb edir. Bütöv toyun qiyməti isə 15 min manatdır.
5. Əməkdar artist Abbas Bağırov toy məclislərində yarım saatlıq çıxış üçün 6 min, bütöv toyu aparmaq üçün isə 18 min manat tələb edir.
7. Müğənni Manaf Ağayev bütöv toy məclisində çıxış üçün 3.500 manat qonarar tələb edir. O, məclisə öz ansambılı ilə qatılır və bir nəfər də xanım ifaçı gətirir.
8. Xalq artisti Tünzalə Ağayeva toy məclislərində yarım saatlıq və 45 dəqiqəlik çıxış edir. O, yarım saat üçün 6500, 45 dəqiqəlik ifa üçün isə 10 min manat vəsait tələb edir.
9. Əməkdar artist Manana Caparidze isə Bakıda toy məclislərində yarım saatlıq çıxış üçün 5 min, 1 saatlıq çıxış üçün isə 7 min manat vəsait tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.
10. Xatirə İslam yarım saatlıq ifa üçün 5 min, bütöv toy məclisi üçün isə ansamblla birlikdə 12 min, ansambılsız isə 8 min manat vəsait tələb edir.
11. Kəmalə Günəşli 1 saatlıq məclis üçün 2 min, bütöv toy üçün ansamblla 5000, ansambılsız isə 3500 manat qazanc əldə edir.
12. Xuraman Şuşalı toy məclislərində yarım saatlıq ifa üçün 1500, 1 saat üçün 2 min, bütün məclis üçün isə 4 min manat tələb edir. Əgər bütöv məclisdə musiqiçiləri ilə birlikdə çıxış edəcəksə, onda qiymət 6 min manat olur.
13. Xalq artisti Brilyant Dadaşova yarım saatlıq çıxış etdiyi məclisdən 8 min, bütöv toy idarə etmək üçün isə 15 min manat qazanc əldə edir.
14. Xalq artisti Zülfiyyə Xanbabayeva isə toy məclislərində yalnız yarım saatlıq iştirak edir. Sənətçi bu çıxışı üçün 7 min manat qonarar tələb edir.
15. Xalq artisti Eyyub Yaqubov da bütöv toy məclislərində iştirak etmir. Yarım saatlıq çıxış üçün isə 4 min manat qazanc əldə edir.
16. Elit Star ləqəbi ilə tanınan Cəmilə Bayramova məclislərdə yalnız yarım saatlıq çıxış edir. O, bu ifa üçün 500 manat alır.
17. Əməkdar artist Könül Kərimova toy məclislərində yarım saatlıq ifa üçün 3 min, 1 saat üçün 4 min, toy məclisində tam iştirak üçün isə 10 min manat vəsait tələb edir.
18. Əməkdar artist Elnarə Abdullayeva yarım saatlıq çıxış üçün 4 min, toyu tək idarə etmək üçün 7 min, ansamblla çıxış üçün isə 12 min qonarar alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
XƏBƏR LENTİ
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)





