Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən daha bir şəxsin iyunun 4-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Polad Murad oğlunun yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.
Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və BƏƏ-nin ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Babayev Polad Murad oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-nin Dubay şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
Ayxan Abbasov: “Elvin özünə yeni klub tapmalıdır”
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ





