Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda avtomobil alqı-satqısı zamanı bəzi vətəndaşlar nəqliyyat vasitəsini öz adına keçirmək əvəzinə, sərəncam vermək hüququ ilə etibarnamə almağa üstünlük verirlər.
Bu üsul müəyyən hallarda vaxt və əlavə xərclərə qənaət imkanı yaratsa da, sonradan müxtəlif hüquqi problemlərə səbəb ola bilir. Mövcud qanunvericiliyə əsasən, sərəncam etibarnaməsi sahibi avtomobili idarə edə, sata və ya digər əməliyyatlar apara bilsə də, nəqliyyat vasitəsini birbaşa öz adına rəsmiləşdirə bilmir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu məhdudiyyətin qanunvericiliyin tələblərindən irəli gəldiyini və hüquqi baxımdan əsaslandırılmış mexanizm olduğunu bildirib.
Ekspertin sözlərinə görə, sərəncam vermək hüququ olan etibarnamə avtomobilin yalnız üçüncü şəxsin adına rəsmiləşdirilməsinə imkan verir:
"Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Hesab edirəm ki, əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu baş verərsə, insanlar avtomobili etibarnamə ilə idarə etmək əvəzinə, onu birbaşa öz adlarına rəsmiləşdirməyə üstünlük verərlər".
E.Muradlı qeyd edib ki, etibarnamə ilə avtomobil idarə etmək uzun illərdir müxtəlif risklər yaradır və çoxsaylı vətəndaşlar bu səbəbdən hüquqi problemlərlə üzləşiblər:
"Bu barədə dəfələrlə danışılıb, ictimaiyyət məlumatlandırılıb. Buna baxmayaraq, bəzi şəxslər hələ də avtomobili öz adlarına keçirmək istəmirlər. Halbuki etibarnamə özü-özlüyündə riskli mexanizmdir".
Ekspertin fikrincə, əsas təhlükə avtomobilin hüquqi sahibinin başqa şəxs olaraq qalmasıdır:
"Bəzən insanlar avtomobili aldıqları şəxsin kim olduğunu, hər hansı borcunun, məhkəmə çəkişməsinin və ya digər hüquqi probleminin olub-olmadığını araşdırmadan nəqliyyat vasitəsini onun adına saxlayırlar. Sonradan isə bunun fəsadları ilə üzləşirlər. Təcrübədə belə hallara dəfələrlə rast gəlinib. Buna görə də vətəndaşlara tövsiyəm odur ki, avtomobil alarkən onu mütləq öz adlarına rəsmiləşdirsinlər. Bu, gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almağın ən etibarlı yoludur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes" avtomobillərində problemlər aşkarlandı
-
BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
XƏBƏR LENTİ
-
Livan ölüm hökmünü ləğv etdi
-
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
-
21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
-
Könül Kərimova göz yaşları tökdü - (Video)
-
Yasamalda marketdən oğurluq edən şəxs saxlanılıb
-
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
-
Şadlıq saraylarında qiymətlər bahalaşdı - (Video)
-
ABŞ zəlzələyə görə 15 milyon dollar ayırdı
-
“Barselona”nın oyunçusu 6-7 ay oynaya bilməyəcək
-
“1 saat 10 dəqiqə ərzində 103-ü yığdım cavab verən olmadı” - (Video)
-
Bu tərliklər ayağın formasını dəyişə bilər
-
Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - (Video)
-
Kobaxidze: Rusiyanı düşmən adlandırmaq siyasi addımlar tələb edir
-
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 888 mini ötüb
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
-
“Çelsi”nin qapıçısı Liqa 1 klubuna icarəyə verildi
-
Zaqatalada TIR-la minik avtomobili toqquşub - 2 nəfər xəsarət alıb
-
Zəlzələdə ölənlərin sayı 6301-ə çatdı
-
İstanbulda erməni kişi qətlə yetirildi
-
“Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın”





