Dünya

Kobaxidze: Rusiyanı düşmən adlandırmaq siyasi addımlar tələb edir

11 Avqust 2026 14:29
Baxış: 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Rusiyanın düşmən adlandırılması daha sonra konkret addımlar tələb edəcək siyasi bəyanat olacaq". 

Milli.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalif "TV Pirveli" və "Formula" telekanallarının jurnalistlərinin "Rusiya düşməndirmi?" sualına cavabında deyib. 

Baş nazir sualın utancverici olduğunu qeyd edərək televiziya kanallarının xarici agenturanın bölmələri olduğunu bildirib. 

Kobaxidze həmçinin qeyd edib ki, Gürcüstan ərazilərini işğal etmiş yeganə dövlət Rusiyadır. 

"Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib. Bu faktdır və Gürcüstan dövlətinə və xalqına qarşı açıq-aşkar cinayətdir", - o əlavə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.