Zelenski Putinə açıq məktub ünvanladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.
Milli.Az xəbər verir ki, məktubda Zelenski Putini müharibəyə son qoymağa və liderlər səviyyəsində birbaşa danışıqlara keçməyə çağırıb.
Zelenski xatırladıb ki, 26 il əvvəl Putin Rusiyanı idarə etməyə başlayanda Ukraynada bir çoxları ona müsbət yanaşırdı. Amma onun sözlərinə görə, bu, artıq keçmişdə qalıb.
"İndi ukraynalıların mütləq əksəriyyəti uzunmənzilli dronlarımızın 1000 kilometrdən çox məsafəni qət edərək Sankt-Peterburqda forumunuzun açılışında iştirak etməsinə müsbət yanaşır. Bildiyiniz kimi, bu məsafə bizim imkanlarımız daxilindədir", - Zelenski qeyd edib.
O, Putinin 26 illik hakimiyyətinin Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə gündəmi tamamilə dəyişdirdiyini vurğulayaraq, xalqların ticarət müzakirələrindən yalnız zərbələr və itkilərə diqqət yetirməyə keçdiyini söyləyib.
Zelenski qeyd edib ki, Putin bu 26 ilin demək olar ki, yarısını Ukraynaya qarşı müharibə aparmağa sərf edib.
Putinə müraciət edən Zelenski bu müharibənin onun şəxsi seçimi olub və heç bir real səbəbi olmadığını bildirib.
Məktubda o, rusların Ukrayna dron və raketlərini, yanacaq qıtlığını, artan qiymətləri, daimi qadağaları və səfərbərliyin ikinci dalğası planlarını bəyənmədiklərini bildirib.
"Bəli, siz hələ də rusları belə yaşamağa məcbur edə bilərsiniz. Amma resurslarınız xeyli azalır. Rusların sədaqətini bundan sonra da almağa davam etmək üçün pulunuz və ya siyasi gücünüz yoxdur. Dünyanın buna diqqət yetirməsi üçün hər şeyi edəcəyik", - Zelenski əlavə edib.
Ukrayna prezidenti may ayında Ukraynada cəbhədə Rusiya ordusunun itkiləri barədə hesabat aldığını və yenə də 30 mindən çox rus hərbçisinin öldüyünü və ya ağır yaralandığını açıqlayıb.
"Biz bu rəqəmi aylıq izləyirik və hər itkinin video sübutlarına sahibik - bu, əsassız deyil. Bilirik ki, cəbhədəki itkilərinizin 63 faizi ölü, yalnız 37 faizi yaralıdır", - Zelenski qeyd edib.
Ukrayna xalqının da müharibə istəmədiyini vurğulayan Zelenski sözlərinə belə davam edib: "Biz Ukraynada davamlı müharibə istəmirik. Biz çox yaxşı bilirik ki, müharibə olmadan işlər ölçüyəgəlməz dərəcədə yaxşıdır. Biz buna nail olmaq istəyirik. Əminəm ki, rusların əksəriyyəti buna müsbət reaksiya verməyə hazırdır və siz də bunu bilirsiniz".
Zelenski qeyd edib ki, Putin də daxil olmaqla bir çoxları Ukraynanın davam gətirəcəyinə inanmırdı. Lakin o, başqa proqnozlara baxmayaraq, müstəqilliyini qoruyub saxlayır və gələcəkdə fə qoruyacaq.
"Biz dəstək alırıq, siz isə sanksiyalar. Ukrayna üçün ədalət bərpa olunana qədər bu belə davam edəcək. Bizim istədiyimiz və əldə edilə biləcək bu ədalət təmin olunana qədər vəziyyət dəyişməyəcək. Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılacağını və Ukraynaya dəstəyin Ukraynadakı mövqeyinizdə ciddi dəyişiklik olmadan nəzərəçarpacaq dərəcədə azaldılacağını sizə təlqin etməyə çalışanların uğur qazanmasına imkan verməyəcəyik. Kim Rusiyaya qarşı deyil, Rusiyanın bizə qarşı apardığı müharibədə ona kömək etməyi seçirsə, bunun nəticələri ilə üzləşəcək", - deyə prezident bildirib.
O, xatırladıb ki, Rusiya Ukraynanın enerji sektorunu məhv etməyə çalışdığı zaman çətin qışlar keçirib və hətta qaranlıqda belə, ukraynalılar öz dözümlülüklərini qoruyub saxlayıb. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO
-
Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
XƏBƏR LENTİ
-
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
-
Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?
-
Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
-
Son halını 80 yaşlı qadına bənzətdilər
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
“Liverpul” yeni baş məşqçisini açıqladı
-
Günün qoroskopu: Olduqca şanslı və bərəkətli bir gündür
-
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Hicran Hüseynova vəfat etdi
-
Bədənə daxil olub orqanizmi içəridən məhv edir
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”
-
“Bitkoin” ucuzlaşdı
-
Dünyanın ən bahalı qapıçısı müəyyənləşdi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO





