Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran Hörmüz boğazından keçidə görə deyil, göstərdiyi xidmətlərə görə ödəniş almağı planlaşdırır.
Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
Onun sözlərinə görə, İran Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı və ya rüsum almağı hədəfləmir. Məqsəd İran və Oman tərəfindən bu ərazidə göstərilən xidmətlərə görə ödəniş əldə etməkdir. Bu xidmətlərə naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik və gəmiçilik təhlükəsizliyi xidmətləri, həmçinin ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi ekoloji xidmətlər daxildir.
Kazem Qaribabadi qeyd edib ki, belə tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil. O vurğulayıb ki, 1982-ci il tarixli BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin müəyyən xidmətlərə görə ödəniş alması nəzərdə tutulur.
İran və ABŞ arasında yekun saziş layihəsinə gəlincə, Qaribabadi bildirib ki, sənəd üzərində iş davam edir və prosesin nə vaxt başa çatacağı hələ məlum deyil. Onun sözlərinə görə, saziş yalnız İran nəticədən tam razı qaldıqdan sonra yekun hesab edilə bilər. O əlavə edib ki, mətn ölkənin maraqlarına uyğun şəkildə tamamlanmalıdır.
Nazir müavini həmçinin bildirib ki, İran ABŞ ilə saziş imzalandıqdan dərhal sonra xaricdə dondurulmuş aktivlərinin ən azı yarısının blokdan çıxarılmasında israrlıdır.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın





