Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sidneyin tanınmış akademiklərindən biri tələbələri "əmək sərf etməyə" və texnologiyadan istifadə edərək asan yola qaçmamağa çağırdığı köşə yazısını süni intellekt vasitəsilə qələmə alıb. Bu hadisədən sonra "Sydney Morning Herald" qəzeti vəziyyəti "qəbuledilməz" adlandıraraq həmin məqaləni internet saytından çıxarıb.
Milli.Az xəbər verir ki, Qərbi Sidney Universitetinin prorektoru, professor Ket Ellis tərəfindən yazılan məqalə ötən ay akademik Kayli Mur-Gilbertin yazısına cavab olaraq dərc edilmişdi. Mur-Gilbert tələbələrin öyrənmə prosesini süni intellektə həvalə etdiyini bildirmiş və tələbələrin "ən yaxşı süni intellekt əmrini (prompt) kimin yaza biləcəyinə görə qiymətləndirildiyini" irəli sürmüşdü. Ellis isə öz cavab məqaləsində "Düşünməyi başqasına həvalə etməyin" ifadələrinə yer vermişdi. Lakin sözügedən yazı "Pangram" adlı süni intellekt analiz xidməti ilə yoxlanıldıqda, mətnin süni intellekt tərəfindən istehsal olunduğu üzə çıxıb.
Universitet rəsmiləri prof. Ellisin məqaləni yazarkən süni intellektdən istifadə etdiyini təsdiqləyiblər. Sözçünün bildirdiyinə görə, professor özünə aid 40 min sözlük orijinal materialı "Copilot" adlı Böyük Dil Modelinə (LLM) yükləyib.
Model bu geniş məlumat bazasını ümumiləşdirərək layihə (qaralama) üçün əsas yaradıb. Universitet rəhbərliyi böyük dil modellərinin bu şəkildə tətbiqini süni intellektin "inkişaf etmiş və münasib istifadəsi" kimi qiymətləndirib və onun akademik qaydalara uyğun olduğunu müdafiə edib.
"Sydney Morning Herald" qəzetinin ana şirkəti olan "Nine"ın yayın prinsiplərinə görə, müəlliflərin araşdırma mərhələsində süni intellektdən yararlanmasına icazə verilir, lakin "Dərc olunacaq xəbərlərin və yazıların yazılmasında süni intellektdən istifadə edilə bilməz" bəndi tətbiq olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var - (Foto)
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE





