Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qan transfuziyası müasir tibbin həyatqurtaran prosedurlarından biridir. Bu prosesin təhlükəsizliyi ilk növbədə dəqiq immunohematoloji diaqnostikadan asılıdır. Qan qrupunun səhv təyin edilməsi və ya uyğunsuz qan komponentinin köçürülməsi immunoloji hemolitik reaksiyalara, ağır orqan çatışmazlığına, hətta ölümə səbəb ola bilər. Bu risk xüsusilə yenidoğulmuşlarda daha yüksəkdir".
Milli.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində həkim-laborant Mələk Babayeva səsləndirib.
Onun sözlərinə görə, yenidoğulmuşlarda qan qrupunun düzgün təyini xüsusi klinik əhəmiyyət daşıyır:
"Ana ilə döl arasında qan qrupu uyğunsuzluğu yenidoğulmuşun hemolitik xəstəliyinin (YHX) yaranmasına səbəb ola bilər. Bu zaman ananın IgG sinifli anticisimləri plasentadan keçərək dölün eritrositlərinə hücum edir. Həm hamiləlik dövründə, həm də doğuşdan dərhal sonra aparılan erkən laborator diaqnostika xəstəliyin ağır formalarının qarşısını almağa imkan verir.
Qan qrupu testləri antigen-anticisim reaksiyasına əsaslanır. Eritrositlərin səthində A, B və Rh antigenləri yerləşir, plazmada isə onlara uyğun anticisimlər mövcuddur. Uyğun antigen və anticisimin qarşılaşması nəticəsində aqqlütinasiya, yəni hüceyrələrin yapışması baş verir. Qan qrupunun təyinində əsasən aqqlütinasiya reaksiyası və gel kart texnologiyasından istifadə olunur".
M.Babayeva bildirib ki, yenidoğulmuşlarda immun sistemi tam formalaşmadığı üçün qan qrupunun təyini böyüklərdən fərqli şəkildə aparılır:
"ABO sistemində qan qrupunun tam diaqnostikası iki mərhələdən ibarətdir: birbaşa (forward) və əks (reverse) qruplama. Birbaşa qruplama anti-A və anti-B reagentləri ilə, əks qruplama isə A və B hüceyrələrinin köməyi ilə aparılır. Lakin yenidoğulmuşlarda ABO anticisimləri hələ tam formalaşmadığından yalnız birbaşa qruplama tətbiq edilir.
Rezus-faktorun təyinində isə Rh (D) antigeni dölün inkişafının erkən mərhələlərindən etibarən mövcud olduğuna görə anti-D reagentləri və xüsusi gel kartlardan istifadə edilir. Bundan əlavə, zəif D (Du) variantı yenidoğulmuşlarda xüsusi klinik əhəmiyyət daşıyır. Bu vəziyyət ananın anti-D ilə sensibilizasiyasına səbəb ola bilər. Buna görə də D-mənfi görünən hər bir yenidoğulmuşda zəif D testinin aparılması tövsiyə olunur".
Həkim-laborant qeyd edib ki, həm qan qrupu, həm də rezus-faktorun təyin olunması ilə bağlı nəticələr 3-6 ay sonra yenidən yoxlanıla bilər:
"Çünki həm antigenlər, həm də anticisimlər məhz bu dövrdə tam formalaşır".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
XƏBƏR LENTİ
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək





