Texnologiya

“WhatsApp”dan xırda, amma xoş dəyişiklik - FOTO

21 Aprel 2023 12:12
Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daim özünü yeniləyərək populyarlığını qorumağı bacaran "WhatsApp"a daha bir yeniləmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu dəyişiklik kiçik olsa da, "beta" istifadəçilər tərəfindən xoş qarşılanıb.

Belə ki, dəyişiklik tətbiqin kontaktlar siyahısının "Haqqında" bölməsində olub. Hazırda tək sətir olan bölməyə yeni sətir əlavə edilib.

Ancaq bu, yeganə dəyişiklik deyil: "Haqqında" mətni artıq hətta mesaj yönləndirilərkən də kontaktlar siyahısında görünür.

"WhatsApp" tərtibatçılarının sözlərinə görə, bu kiçik dəyişikliyə ehtiyac səbəbi istifadəçilərin işini bir az da yüngülləşdirmək olub.

Cari versiyada yalnız bir sətir göründüyündən istifadəçi daha uzun mətnləri oxumaq üçün "Haqqında" bölməsinə klik etməli idi. Bu da vaxt itkisi idi. Artıq belə bir ehtiyac yoxdur. Bütün mətni klikləmədən oxumaq mümkün olub.

WhatsApp-ın bu funksiyanı bütün istifadəçilərə nə zaman təqdim edəcəyi hələlik məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.