Texnologiya

"WhatsApp"da daha bir yeni funksiya

21 Noyabr 2025 15:40
Baxış: 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" tətbiqetmədə yer alan "Məlumat" bölməsinin yenilənmiş versiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, yenilənmiş interfeysə malik funksiya artıq şəxsi söhbətlərin və istifadəçi profilinin yuxarısında əks olunacaq. 

Həmin bölmə qısa mesajlar və emojiləri paylaşmağa imkan verir. İstifadəçilər həmsöhbətlərinin "Məlumat" bölməsində paylaşdıqlarına müvafiq bildirişə toxunaraq birbaşa söhbət vasitəsilə cavab verə biləcəklər. 

Funksiyanın tətbiqinə bu həftə mobil cihazlarda başlanılacaq. Paylaşılan status 24 saat ərzində aktiv olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.