Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süni intellekt iş həyatının gələcəyini böyük sürətlə yenidən formalaşdırır. Bu vəziyyət bir çox iş sahibini texnologiyanı şüurlu şəkildə öz işlərinə qatmaq məsələsində çətin seçim qarşısında qoyur.
Milli.Az xəbər verir ki, EY-nin (Ernst & Young) Qlobal İdarəedici Ortağı Jad Shimaly Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC) verdiyi müsahibədə bildirib ki, süni intellektlə böyümək istəyən şirkətlər üçün təhsil, tənzimləmə və işçi əməkdaşlığı kritik əhəmiyyət kəsb edir.
Shimaly-nin sözlərinə görə, CEO-lar bu keçid dövrünü çeviklik, məsuliyyət və əməkdaşlığa əsaslanan yanaşma ilə idarə etməlidirlər:
"İşçi qüvvəsinin süni intellekti mənimsəməyə hazır olması lazımdır. Təhsil - işçilərin Aİ-nin gətirdiyi üstünlüklərdən yararlana biləcək donanıma sahib olmasını təmin etmək deməkdir."
EY 2025-ci ildə süni intellekt dəstəkli avtomatlaşdırma sistemi olan Boomi ilə əməkdaşlıq edərək bu sahədə qabaqcıl rol üstlənib. Shimaly vurğulayır ki, şirkətlər süni intellekt layihələrini təkbaşına yürüdə bilməyəcəklərini dərk etməli və tərəfdaşlıq ekosistemləri qurmalıdırlar.
Süni intellektin tətbiqi zamanı CEO-ların qarşılaşdığı ən böyük maneə texnologiya ilə insan işçilər arasında yarana biləcək gərginlikdir.
İşçilər mövcud rollarına əlavə olunan Sİ məsuliyyətlərini idarə etməkdə çətinlik çəkirlər.
EY məlumatlarına görə, təşkilatlar düzgün idarəetmə olmadıqda Sİ-nin təmin edə biləcəyi səmərəliliyin 40%-ni əldən verirlər.
Shimaly həll yolunun işçiləri həllin bir parçası etməkdə olduğunu deyir:
"İşçilərə sadəcə bir texnologiya təqdim etmək kifayət deyil. Onlar həllin bir hissəsi olduqda, dəyişikliyi daha asan mənimsəyir və daha yaradıcı işlər ortaya qoyurlar. Süni intellektlə dəstəklənən sahələrdə yaradıcılığın üç qat artdığını görürük."
İş dünyası üçün digər böyük çətinlik etik məsələlərdir. Shimaly-yə görə, məsuliyyətli süni intellekt üç addımdan ibarətdir:
Standartların müəyyənləşdirilməsi: Etik normaların və hesab verebilirlik çərçivəsinin təyin olunması.
Mənimsəmə: Bu standartların bütün qurum daxilində necə tətbiq olunacağının aydın izahı.
Daimi audit: Sİ tətbiqlərinin güncliyini və etikliyini yoxlamaq üçün fasiləsiz nəzarət.
Shimaly qeyd edir ki, düzgün idarəetmə çərçivəsi olmayan şirkətlər "iki addım irəli gedib, üç addım geri düşə bilərlər". Çünki süni intellekti düzgün idarə etməsəniz, o, gec-tez sizi mənfi mənada təəccübləndirəcək
Lalə Qüdrətova
Milli.Az.
DİGƏR XƏBƏRLƏR
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
Smartfonlarımızda olan yaşıl nöqtənin sirri bu İMİŞ - FOTO
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
-
“Telegram” bir gündə 105 mindən çox kanal və qrupu blokladı
XƏBƏR LENTİ
-
Azərbaycanda manatla geniş pul kütləsi artıb
-
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı
-
Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?
-
Bu ölkəni siçanlar "işğal edib"
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Cevdet Yılmaz Ermənistana gedəcək
-
73 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Niyə "Xruşşovka"lar günü-gündən BAHALAŞIR?
-
Kanalizasiya daşdı: Çirkab suları küçəyə axır
-
Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ
-
Dünən cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Arda "Real"da ayın oyunçusu seçildi
-
Soyuqlar bitir, istilər başlayır - PROQNOZ
-
Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb
-
Cinayət işlərində həbs qərarlarına YENİLİK
-
Trampdan qalmaqallı etiraf - “Dəniz quldurlarıyıq”
-
AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
"LeoBank"da problem yarandı
-
Bakıda 40 nəfəri aldadan şəxs saxlanıldı - VİDEO
-
Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, ailənin yeddi üzvü həlak oldu - VİDEO
-
Aeroport yolundakı tıxacın səbəbi BİLİNDİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi





