Texnologiya

“Telegram” bir gündə 105 mindən çox kanal və qrupu blokladı

28 Aprel 2026 14:47
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Telegram" platforması aprelin 27-də dünya üzrə 105 mindən çox kanal və qrupu bloklayıb.

Milli.Az xəbər verir ki, bu barədə mesencerin rəsmi statistikasında məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən etibarən platformada ümumilikdə 13,7 milyondan çox kanal və qrup bağlanıb. Təkcə son bir həftə ərzində isə təxminən 635 min kanalın bloklandığı qeyd olunur.

Ən kütləvi bloklama isə 2026-cı il yanvarın 1-də qeydə alınıb. Həmin gün təxminən 543 min kanal və qrup fəaliyyətini dayandırıb.

Statistikaya əsasən, 2026-cı ilin ilk rübündə kontent qaydalarını pozduğuna görə bloklanan kanal və qrupların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artıb. Bu isə platformada moderasiya tədbirlərinin gücləndirildiyini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.