Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir.
Milli.Az xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yeni araşdırma, populyar süni intellekt modellərinin tibbi mövzularda nə dərəcədə etibarlı olduğunu üzə çıxarıb.
Məlumata görə, bu gün sürətlə yayılan və geniş istifadə olunan süni intellekt əsaslı çatbotlar xüsusilə səhiyyə sahəsində ciddi risklər yarada bilər.
Araşdırma çərçivəsində xərçəngdən vaksinasiyaya, qidalanmadan idmana qədər 50 müxtəlif tibbi sual beş fərqli modelə yönəldilib.
Ekspertlərin qiymətləndirməsi göstərib ki, heç bir model tam düzgün və etibarlı istinad siyahısı təqdim edə bilməyib. Süni intellekt tərəfindən göstərilən mənbələr arasında yanlış müəllif adları, işləməyən linklər və hətta mövcud olmayan elmi məqalələrə rast gəlinib.
Tədqiqat müəllifləri vurğulayır ki, bu cavablar real bilikdən deyil, dil modellərinin statistik söz seçimi mexanizmindən qaynaqlanır.
Platformalar üzrə müqayisədə 58% ilə ən yüksək səhv payı "Grok" modelində qeydə alınıb. Onu 52 faizlə "ChatGPT", 50 faizlə isə "Meta AI" izləyib. Xüsusilə qidalanma ilə bağlı suallarda səhv göstəricilərinin daha yüksək olduğu qeyd edilir.
Araşdırma həmçinin göstərib ki, süni intellekt qapalı tipli ("doğru/yanlış") suallarda nisbətən daha düzgün nəticə versə də, açıq suallarda cavabların 32 faizi "yüksək dərəcədə problemli" hesab olunub.
Bildirilir ki, bu texnologiyalar müstəqil tibbi mənbə kimi istifadə edilməməlidir. "Nature Medicine" jurnalında yayımlanan digər araşdırma da bunu təsdiqləyir. Süni intellekt təkbaşına yüksək dəqiqlik göstərə bilsə də, istifadəçi ilə qarşılıqlı əlaqə zamanı düzgün cavab ehtimalı kəskin şəkildə azalır.
Alimlər süni intellektin yalnız məlumatları sadələşdirmək və ya həkimə veriləcək sualları formalaşdırmaq üçün köməkçi vasitə kimi istifadə olunmasını tövsiyə edir. Onların fikrincə, bu sistemləri tibbi qərarvermədə əsas mənbə kimi qəbul etmək ciddi risklər yarada bilər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var - (Foto)
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE





