Bu adları uşağlara qoymaq düzgün deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqlara qoyulan adlar təhqiramiz formada deyilsə, buna müdaxilə etmək düzgün deyil. Bu, valideynlərin hüququnu məhdudlaşdırmaq deməkdir. Azərbaycan elminin min cür dərdi var. Bu adam professordursa, qoy həmin dərdlərlə məşğul olsun. Nə üçün insanların hüquqlarını məhdudlaşdırmaq barədə düşünür?!"
Milli.Az xəbər verir ki, bunu "Yeni Sabah"a şərqşünas Zərdüşt Əlizadə deyib.
O, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin bəzi adların təhqiramiz məna daşıması barədə iddiasını cavablandırıb.
Z.Əlizadə də uşaqlara bəzi adların verilməsinin tərəfdarı olmadığını bildirib:
"Kin", "yalan" mənası versə də, hazırda Tükəzan adı çox da istifadə olunmur. Əfqan da normal, bir xalıqın, qəbilənin adıdır. Bunun nəyi pisdir?! Camaat özünə məşğuliyyət tapmır?!
Vaxtilə Kəlbəli adı var idi. Mənası "Əlinin iti" deməkdir. Bu ad məncə, yaxşı səslənmir. Lakin elə insan da ola bilər ki, İmam Əlinin pərəstişkarı olub və onun üçün övladına bu adı vermək xoşdur. Lakin o adla yaşayan adam üçün zaman, şərait, inanc, etiqad dəyişəndə, situasiya da dəyişir. Bu adı şəxsən bəyənmirəm. Kiməsə qoyulmasının da tərəfdarı deyiləm. Lakin bunun üçün hansısa hüquqi qayda tərtib etməzdim.
Ümumiyyətlə, sovet dövründə uşaqlara Direktor, Kolxoz, Meyxoş, Sərxoş tipli adlar qoyulurdu. Bütün bunlar da qadağan olunmalı deyil. Sadəcə camaatı başa salmaq lazımdır ki, bu adların səslənməsi və mənası xoş deyil".
Z.Əlizadə qeyd edib ki, insana ad verərkən ilkin olaraq onun mənasını nəzərə almaq lazımdır:
"Bizdə dini adlara üstünlük verən insanlar da çoxdur. İsa, Məhəmməd, Əli, Rza tipli adlar geniş yayılıb. Doğrudur, bu insanların öz seçimləridir. Məsələn, İranda Qulam adı geniş yayılıb. Mənası "uşaq", "bala" deməkdir. Addır da seçirlər. Ona görə də burada əsas məqam bütün adların mənasını dərk etmək və başa salmaqdan ibarətdir. Doğrudur, 18 yaşın olanda adını dəyişə bilirsən. Lakin yenə də çoxluq belə şeylərə diqqət etmir.
Bayaq dediyim kimi, Sərxoş adından da istifadə edənlər var. "Sər" baş deməkdir, "xoş" da elə xoş mənasını verir. Lakin Sərxoş birləşəndə mənası yaxşı çıxmır. İçki düşkünü kimi başa düşülür. İnsanlar çoxu savadsızlıqdan bu cür adları seçir.
Kimsə mənə adla bağlı müraciət edəndə onlara ilkin olaraq mənasını başa salıram. Sonra bildirirəm ki, bu sözün mənası yaxşı deyil. İstəyirsiz qoyun, istəmirsiz qoymayın".
Xatırlatma: AMEA Dilçilik İnstitutunun baş direktoru, Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli bildirib ki, Fəqan, Əfqan, Əjdər tipli adların mənası pisdir. Onun fikrincə, bu adları uşaqlara qoymaq məsləhət deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Xətai və Suraxanıda qaz olmayacaq
XƏBƏR LENTİ
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq





