Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.
Milli.Az xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib.
Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.
Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib. Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər. Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.
Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.
Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.
Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib. Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" qərarında verilmiş izahlardan irəli gəlir.
Beləliklə, Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunmuş və cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Bakıda mağaza açılışındakı izdiham müzakirə yaratdı - VİDEO
-
Bu adları uşağlara qoymaq düzgün deyil
-
Növbəti köç karvanı Xocavənd şəhərinə və Xanoba kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
-
Qəfil ölən 11-ci sinif şagirdinin görüntüləri KÖVRƏLTDİ - VİDEO
XƏBƏR LENTİ
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Məşhur müğənnidə görün nəyin DNT-si tapıldı
-
Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı
-
Ağcabədidə ağır qəza - Ölən var
-
Moskvada güclü YANĞIN: 7 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
-
ABŞ-dən AÇIQLAMA: İranla razılaşmaya nə mane olur?
-
Bakıda mağaza açılışındakı izdiham müzakirə yaratdı - VİDEO
-
Klubun gələcəyini yalnız transferlərlə deyil, öz yetişdirdiyimiz futbolçularla qurmaq istəyirik. - Şahdağ Futbol Klubunun prezidenti - MÜSAHİBƏ
-
Bu adları uşağlara qoymaq düzgün deyil
-
89 yaşlı kişi 5 nəfəri yaralayıb qaçdı
-
“Mihrimah”ın 12 illik evliliyi bitdi - FOTO
-
Xalq artisti nənə oldu - VİDEO
-
Növbəti köç karvanı Xocavənd şəhərinə və Xanoba kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
-
Universitetdəki yanğında bütün şəxslər təxliyə EDİLİB - YENİLƏNİB
-
Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib - FOTO
-
Qəfil ölən 11-ci sinif şagirdinin görüntüləri KÖVRƏLTDİ - VİDEO
-
Google əməkdaşları Pentaqona qarşı çıxdı
-
Verilişi bağlanan Elgiz belə görüntüləndi
-
Narkoterrorçular onun öldürülməsi üçün mükafat təyin edib
-
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir?
-
Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO





