Hadisə

Ağcabədidə ağır qəza - Ölən var

28 Aprel 2026 16:19
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.