Cəmiyyət

Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək

28 Aprel 2026 17:27
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək. Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Qanunda "mədəniyyət sənayesi" anlayışı "mədəni və yaradıcı sənaye" analyışı ilə əvəz edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.