WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək
Bu barədə Milli.Az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Monitorinq çərçivəsində mayın 1-də saat 10:00-16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Bildirilib ki, sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara..."
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
XƏBƏR LENTİ
-
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara..."
-
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib - VİDEO
-
Oktay Çubukun ürəyi dayandı
-
Bu halda gömrük pulu geri qaytarılmayacaq
-
Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
-
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Gürcüstan Patriarxlığına üç əsas namizəd var
-
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
-
Moskvada güclü YANĞIN: 8 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
BƏƏ OPEC-dən çıxır
-
"Məni düşündürən başqa şeydir"
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Məşhur müğənnidə görün nəyin DNT-si tapıldı





